Ronaldonun sahibi olduğu brend Rumıniya klubunu su ilə təmin edəcək

Rumıniyanın “Styaua” klubunun oyunçuları bundan sonra URSU markalı su ilə təmin olunacaq. Bu brendin sahibi “Əl-Nəsr”in portuqaliyalı hücumçusu Kriştiano Ronaldodur.

Komanda.az “A Bola”-ya istinadən xəbər verir ki, artıq yeni əməkdaşlıq elan edilib.

Rumıniya tərəfi brendin adını da maraqlı hesab edib. “Ursu” rumın dilində “ayı” mənasını verir və ölkədə ən populyar soyadlardan biridir. Maraqlıdır ki, Rumıniyada “Ursus” pivəsi də geniş yayılıb. Ancaq ümid edilir ki, “Styaua”nın futbolçuları matçlardan əvvəl pivə ilə suyu qarışdırmayacaqlar.

Bu əməkdaşlıq Ronaldonun biznes maraqlarını futbol dünyasına bir qədər də yaxınlaşdırır və həmçinin, Rumıniya futbolçularını tanınmış brend su ilə təmin edir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir