Əliyev iki oyunda qol vurdu, komandası uduzmadı

Azərbaycanlı hücumçu Orxan Əliyevin formasını geyindiyi “Ozgon” Türkiyədə yeni mövsüm üçün təlim-məşq toplanışı keçir.

Komanda.az xəbər verir ki, azərbaycanlı forvardın komandası iki yoxlama görüşü keçirib və o, hər iki oyunda da qol vurub. Belə ki, Əliyev ilk matçda “Çakvari”yə (1:1), ikinci görüşdə isə “Çayka”(3:2) qol vurub. 

Orxan Əliyev “Ozgon”la yeni müqavilə imzalayıb. Bu komandada onunla yanaşı, Ramin Əhmədov və İldar Alekperov da forma geyinir.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir