“Ayntraxt”ın məşqçisi Dennis Şmidt Çempionlar Liqasında sabah “Qarabağ”a qarşı keçirəcəkləri oyundan əvvəl fikirlərini bölüşüb.
Futbolpress.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları deyib:
“Bütün diqqətimiz Bakıdakı oyuna yönəlib. Fəal və cəsarətli oynamaq istəyirik. Növbəti matçımız final kimi olması üçün böyük şansımız var. Sehrli anlar yaşaya bilərik və böyük həvəsimiz var. Son iki günü məhsuldar keçirmişik və yaxşı hazırlaşmışıq. Düşüncələrim pozitivdir. Futbolçular mənə inam göstərib. İrəliyə doğru böyük addımlar atmaq istəyirik”.
Sabah keçiriləcək “Qarabağ” – “Ayntraxt” oyunu saat 21:45-də başlayacaq.
