“Sabah”ın sabiq baş məşqçisi erməni futbolçu haqda: “Elə bilirlər ki, onu əsir saxlamışıq”

“Sabah”ın sabiq baş məşqçisi, hazırda “Krasnodar”a rəhbərlik edən Murad Musayev komandanın hücumçusu Eduard Spertsyan ətrafında yaradılan gərginliyə münasibət bildirib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, Rusiya və xüsusilə, Ermənistan mediasını ermənistanlı futbolçu ilə bağlı əsassız təzyiq göstərməkdə ittiham edib:

“Jurnalistlər daim Spertsyana Avropaya getməli olduğu ilə bağlı təzyiq edir, halbuki onun hazırda belə bir niyyəti yoxdur. Mediada sanki “Krаsnodar”ın oyunçunu məcburi şəkildə saxladığı barədə yanlış təsəvvür formalaşdırılır.

Rusiyada da, Ermənistanda da çox lazımsız ajiotaj yaradılır. Elə bilirlər ki, biz Spertsyanı əsir saxlamışıq. Avropaya transfer mövzusu ilə bağlı ona daim təzyiq edirdilər: “Getməlisən, getməlisən, getməlisən…”

Baş məşqçi vurğulayıb ki, “Krаsnodar” hər zaman futbolçunu yaxşı maliyyə şərtləri ilə güclü Avropa klubuna buraxmağa hazırdır. Ancaq indiyədək Spertsyanla bağlı klubun ünvanına rəsmi və ciddi transfer təklifi daxil olmayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir