“Səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik”

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko “Zaqatala”nı məğlub etdikləri yoxlama oyunundan (4:0) sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis qələbəni belə şərh edib:

“Bu oyun digər iki matç kimi müəyyən məqamları yoxlamaq üçün idi. Hələ öyrənməli olduğumuz nüanslar var. Nəticə əhəmiyyətli deyildi. Uşaqların onlardan istənilənləri nə dərəcədə mənimsədiklərini və necə tətbiq etdiklərini yoxladıq. Əvvəlki görüşlərlə müqayisə etsək, bu gün daha yaxşı oynadiq. Futbolçular onlardan istədiklərimizi qaytarmağa çalışdılar. Yaxşı qollar vurduq. Əlbəttə, səhvlərimiz oldu və onları düzəltmək üçün işləməliyik.

Ümumi götürdükdə 13-14 gün hazırlıq keçdik. Bu müddət futbol üçün vaxt baxımından azdır, möcüzə yaratmaq mümkün deyil. Ancaq pozitiv geridönüşlər də gördük”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir