Albaniya Super Liqasının 20-ci turunda bir neçə oyun keçirilib.
Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi “Eqnatiya” səfərdə “Elbasani” ilə qarşılaşıb. Görüş 2:2 hesabı ilə yekunlaşıb. Əliyev bütün oyunu ehtiyat oyunçular skamyasında keçirib.
“Eqnatiya” hazırda 38 xalla birinci yerdədir.
The post Azərbaycanlı futbolçu ehtiyatda qaldı, komandası heç-heçə etdi appeared first on Komanda.az.
