“Turan Tovuz” Polşa klubuna uduzdu

Antalyada təlim-məşq toplanışında olan “Turan Tovuz” yoxlama oyunu keçirib.

Futbolpress.az xəbər verir ki, Tovuz təmsilçisi Polşanın “Poqon” komandası ilə qarşılaşıb. Görüş rəqibin qələbəsiylə başa çatıb – 3:2.

“Turan Tovuz”un qollarını Ayxan Hüseynov və İbrahima Vadji vurub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir