“Şamaxı” milliyə qalib gəldi

Bakıda təlim-məşq toplanışında olan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası ikinci yoxlama oyununu keçirib.

Futbolpress.az xəbər verir ki, U-21 millimiz son matçında Azərbaycan Premyer Liqasında çıxış edən “Şamaxı” klubu ilə qarşılaşıb. “Liv Bona Dea Arena”da baş tutan görüş rəqib komandanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, U-21 millimiz toplanış çərçivəsində ilk yoxlama oyununda I Liqa təmsilçisi “Səbail”i 1:0 hesabı ilə məğlub edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir