Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Əbu-Dabidə davam etdirən “Neftçi” bu gün üçüncü – sonuncu yoxlama oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, Yuri Vernidubun rəhbərlik etdiyi kollektiv Çinin “Çenqdu Ronqçenq” komandası ilə qarşılaşıb. Görüş “Neftçi”nin qələbəsiylə başa çatıb – 3:1. Qolları Andrey Ştoqrin, Bassala Sambu və İqor Ribeyro vurub.
“Neftçi” bundan əvvəl “Kayrat”a (Qazaxıstan) qalib gəlib – 3:0, “Piramids”lə (Misir) heç-heçə edib – 1:1.
