Konfrans Liqasında pley-offun püşkü atıldı

UEFA Konfrans Liqasının 2025/2026 mövsümünün pley-off mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, turnirin Liqa mərhələsində 9–24-cü yerləri tutan komandalar pley-off mərhələsinə vəsiqə qazanıblar.

Püşkatma ilə isə pley-offun 8 cütü müəyyənləşib. Bu mərhələni adlayan kollektivlər birbaşa 1/8 finala yüksələn klublara rəqib olacaqlar.

Pley-off mərhələsinin ilk matçları 19 fevralda, cavab oyunları isə 26 fevralda keçiriləcək.

Püşkatmanın nəticələri:
KuPS (Finlandiya) – Lex (Polşa)
Zirinski” (Bosniya və Herseqovina) – Kristal Pelas (İngiltərə)
Şkendiya (Şimali Makedoniya) – Samsunspor (Türkiyə)
Siqma (Çexiya) – Lozanna (İsveçrə)
Noa (Ermənistan) – Alkmar (Niderland)
Yagelloniya (Polşa) – Fiorentina (İtaliya)
Drita (Kosovo) – Çelye (Sloveniya)
Omoniya (Kipr) – Riyeka (Xorvatiya)

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir