“Çalışırıq ki, çempionatın startına qədər formamızı bərpa edək”

“Turan Tovuz” mövsümün ikinci dövrəsinə hazırlığı Antalyada davam etdirir.

Bölgə təmsilçisinin futbolçusu Faiq Hacıyev “Futbolpress.az”a açıqlamasında toplanışı dəyərləndirdi:

“Hər şey qaydasındadır. Plana uyğun davam edirik. Çalışırıq ki, çempionatın startına qədər formamızı bərpa edək”.

Cinah oyunçusu hələlik yoxlama oyunu keçirməmələrinin hazırlığa təsirinə toxundu:

“Düzdür, hələ oyun oynamamışıq. İlk matçımız ləğv olundu. Çalışırıq ki, bunun təsiri az olsun. Məşqlərdə daha intensiv çalışırıq. Tam hazır olmağımız üçün çox çalışırıq”.

Komandadan ayrılacağı ehtimal edilən Faiq azı mövsümün sonuna kimi “Turan Tovuz”da qalacağını da əlavə etdi.

Şahin Cəfərov

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir