“Zirə”dən ayrılan Vinsent Tillin yeni klubu məlum olub.
Futbolpress.az xəbər verir ki, vinger Almaniya təmsilçisi “Valdhof”a keçib. Bu barədə Manhaym klubunun mətbuat xidməti məlumat yayıb. Tillə müqavilə mövsümün sonuna kimi nəzərdə tutulub.
Till Azərbaycanda “Zirə” və “Sabah”da çıxış edib.
“Valdhof” III Liqada 19 turdan sonra 29 xalla 9-cu sıradadır.
