“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuku yeni iş yeri məlum olub.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Çernomorets”ə baş məşqçi təyin edilib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 61 yaşlı mütəxəssislə razılaşmanın detalları açıqlanmayıb.
Qriqorçuk 2015-2018-ci illərdə “Qəbələ”də, 2024-cü ilin iyunundan oktyabrına kimi isə “Neftçi”də işləyib.
