Azərbaycanlı hakim Serbiya klubunun oyununda

Azərbaycanlı hakim Kəmalə Əsgərova Avropa Voleybol Konfederasiyası tərəfindən təyinat alıb.

Futbolpress.az xəbər verir ki, Əsgərova qadın voleybolçuların Çelenc Kubokunun 1/8 final mərhələsində Serbiyanın “Crvena Zvezda Beograd” və Danimarkanın “Holte IF” komandaları arasında keçiriləcək qarşılaşmada ikinci hakim olacaq. Matçın baş hakimi vəzifəsini xorvatiyalı Ana Stipanicev yerinə yetirəcək.

Qeyd edək ki, oyun yanvarın 15-də Serbiyada keçiriləcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir