AFFA-nın baş katibinin müşaviri Orxan Həsənov, İnfrastruktur Departamentinin direktoru Fuad Cəfərov və Futbol İnfrastruktur Layihələri şöbəsinin rəhbəri Sabir İsmayılov Türkiyə Futbol Federasiyasına məxsus Riva Həsən Doğan Milli Komandaların Təlim-Mərkəzinə təcrübə səfəri həyata keçiriblər.
Futbolpress.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Səfər çərçivəsində yerli federasiyanın infrastruktur üzrə məsul nümayəndələri ilə görüşlər keçirilib, qarşılıqlı təcrübə mübadiləsi aparılıb və Təlim-Mərkəzin ümumi ərazisinə baxış təşkil olunub.
