UEFA nümayəndələri hakimlərimizə seminar keçib

Elit kateqoriyalı hakimlərin Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı davam edir.

Futbolpress.az xəbər verir ki, hakimlər Departamentinin fitnes bölməsinin rəhbəri, əməkdar məşqçi Namiq Quliyevin rəhbərliyi ilə ümumi fiziki hazırlıq üzrə məşqlər olub, hakimlərin çəki indeksi yoxlanılıb.

AFFA-nın dəvəti ilə UEFA Hakimlər Komitəsinin üzvü tərəfindən hakimlər üçün nəzəri və praktiki seminarlar təşkil olunub. Karlos Velasko “Meydanda mövqe seçimi” və “Oyunun idarəolunması” mövzusunda praktiki seminarlar keçib.
UEFA-nın fiziki hazırlıq üzrə məsul şəxsi Verner Helsen isə fiziki hazırlıq, praktiki hərəkətlər və qərarvermə mövzularını əhatə edən seminarda çıxış edib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir