
“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçuk “Çernomorets”ə qayıdıb.
Komanda.az xəbər verir ki, bu barədə Ukrayna təmsilçisinin rəsmi saytı məlumat yayıb.
61 yaşlı mütəxəssisin müqaviləsinin müddəti açıqlanmayıb.
Roman Qriqorçuk 2010-2014 və 2021-2024-cü illər aralığında “Çernomorets”in baş məşqçisi olub.
