Demçenko: “Uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin”

“Araz-Naxçıvan”ın baş məşqçisi Andrey Demçenko “Qəbələ”yə qarşı keçirdikləri yoxlama oyunundan sonra fikirlərini bölüşüb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis 0:1 hesabıyla uduzduqları matçla bağlı bunları deyib:

“Bugünkü oyun daha çox məlumat xarakterli idi və nəticə vacib deyildi. Son 3 gün ərzində yükləmə çox olduğuna görə, futbolçular yorğunluq fonunda meydana çıxmışdılar. Uşaqların verdiyimiz tapşırıqları nə dərəcə icra edə bildiklərinə diqqət yetirdik. Keyfiyyətə önəm verdiyimiz üçün uşaqlara da dedim ki, məğlubiyyətə gorə üzülməyin. Gələcəkdə daha yaxşı oynamaq, irəli getmək üçün edəcəklərimizi öyrənirik”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir