“Neftçi” Əbu-Dabi təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, “ağ-qaralar” Misirin “Piramids” klubu ilə heç-heçə edib – 1:1. “Məhəmməd bin Zayed” stadionunda baş tutan matçın 16-cı dəqiqəsində rəqib futbolçu Everton hesabı açsa da, 87-ci dəqiqədə Murad Məmmədov bərabərlik qolunu vurub.
Qeyd edək ki, ilk yoxlama görüşündə “Kayrat”a 3:0 hesabı ilə qalib gələn “Neftçi” yanvarın 16-da keçiriləcək sonuncu oyununda Çinin “Çenqdu Ronqçenq” klubu ilə qarşılaşacaq.
