
Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubunun prezidenti Ənmar Əl-Xayli “İnter Mayami”nin hücumçusu Lionel Messini nəyin bahasına olursa olsun transfer etməyə hazır olduğunu bildirib.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Messi “Əl-İttihad”a keçməyə hazırdırsa, ona istədiyi məbləğdə pul qazana biləcəyi bir müqavilə təklif edəcəm. İstənilən müddətə – hətta ömürlük belə. Mənim üçün pulun əhəmiyyəti yoxdur, sadəcə tarixin ən böyük futbolçusu Messini transfer etmək istəyirəm”.
Argentinalı futbolçu payızda “İnter Mayami” ilə müqaviləsinin müddətini 2028-ci ilin sonuna qədər uzadıb. Lakin forvard başqa yerdə şansını sınamaq qərarına gəlsə, Səudiyyə Ərəbistanında xoş qarşılanacaq.
Messi 2023-cü ilin yayından bəri “İnter Mayami”də oynayır.
