Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Zirə” ilk yoxlama oyununa çıxıb.
Futbolpress.az xəbər verir ki, “qartallar” Rumıniyanın “Çiksereda” komandası ilə qarşılaşıb. 6 qolun vurulduğu matç bərabərliklə başa çatıb – 3:3.
“Zirə”nin qollarını Namik Ələskərov və Rövlan Muradov (2) vurub.
