Tanınmış məşqçidən İran xalqına dəstək

İran millisinin sabiq baş məşqçisi Karluş Keyruş ölkədə davam edən etiraz aksiyalarına dəstəyini ifadə edib. Hazırda Oman millisinin baş məşqçisi olan portuqaliyalı mütəxəssis sosial şəbəkə hesabında İran xalqına ünvanlanan paylaşım edib.

Keyruş 2011–2019-cu illərdə və 2022-ci ildə İran milli komandasına rəhbərlik edib. O, həmçinin, “Mançester Yunayted”, “Real” və Portuqaliya yığmasında çalışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, Keyruş paylaşımında İran xalqı ilə uzun illər birgə yaşadığını vurğulayıb:

“Bütün İran xalqına, əziz oyunçularıma, əməkdaşlarıma və dostlarıma! Mən iranlıların – oyunçuların, məşqçi heyətinin, onların ailə üzvləri və dostlarının ləyaqətini, səmimiliyini və dözümlülüyünü yaxşı tanıyıram.

Bu çətin, amma ümid dolu günlərdə düşüncələrim və qəlbim İran xalqı ilədir. Onların təhlükəsizliyi və rifahı məni ciddi şəkildə narahat edir. Gələcəkdə onlara sülh, təhlükəsizlik, tərəqqi və firavanlıq arzulayıram.

Azadlıq – yalanın olmadığı havanı nəfəs almaqdır (Əhməd Şamlu). İrəli, gələcəyə doğru… Sevgi və hörmətlə”.

Tehran və İranın digər bölgələrində etirazlar 28 dekabrdan etibarən davam edir. Aksiyalara səbəb ölkədə iqtisadi vəziyyətin pisləşməsi, rialın (pul vahidi) kəskin dəyər itirməsi və hakimiyyətin valyuta bazarını sabitləşdirməkdə uğursuz olması olub. Bu proses əsas ərzaq məhsullarının qiymətlərinin sürətlə artmasına gətirib çıxarıb. Sonradan etirazlar siyasi islahat tələbləri ilə genişlənib və asayiş qüvvələri ilə toqquşmalarla müşayiət olunub.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir