“Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq” – Saşa

“Sumqayıt” Antalyada yoxlama oyununda Serbiyanın “Beoqrad” klubuna uduzub 1:4 hesabıyla uduzub.

Futbolpress.az xəbər verir ki, komandanın baş məşqçisi Saşa İliç matçı belə dəyərləndirib:

“Ötən dəfə də qeyd etdiyim kimi hazırlıq oyunlarında nəticə əsas deyil. Önəmli olan bütün oyunçuları iş başında görmək və müxtəlif taktiki gedişləri yoxlamaqdır. Bu gün də həm təcrübəli, həm də gənc futbolçuların oyununu gördük və həmçinin bir neçə taktiki gedişi sınadıq. Hələ də bəzi boşluqlarımızın olduğunu deməliyəm. Bu dəfə də fərdi səhvlər ucbatından qollar buraxdıq. Bütün bunların fərqindəyik. Səhvlərimizin aradan qaldırılması üçün çalışırıq. Qarşıda bir yoxlama oyunumuz qalıb. Ümid edirik ki hazırlıq prosesinin sonuna qədər qarşımıza qoyduğumuz bütün tapşırıqları icra edib, çempionatın ikinci yarısına tam hazır olacağıq”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir