“Sumqayıt” serblərə də uduzdu

Mövsümün ikinci dövrəsinə hazırlıqlarını Antalyada davam etdirən “Sumqayıt” bu gün ikinci yoxlama oyununa çıxıb.

Futbolpress.az xəbər verir ki, sözügedən komanda Serbiyanın “Beoqrad” klubu ilə qarşılaşıb. Matç rəqibin qələbəsiylə başa çatıb – 4:1. “Kimyaçılar”ın yeganə qolunu Aleksandr Ramalinqom vurub.

“Sumqayıt” ilk sınağında Macarıstanın “Pakş” klubuna uduzub – 1:5.

Yoxlama oyunu

Sumqayıt – Beoqrad (Serbiya) 1:4

“Sumqayıt”: Xəyal Fərzullayev, Nadir Orucov, Höccət Haqverdi, Rayan Senhadci, Keffel Resende, Simon Nsane, Roi Kehat, Nikola Ninkoviç, Səbuhi Abdullazadə, Ronaldo Vazkez, Aleksandr Ramalinqom

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir