
“İnter Mayami”nin sahibi Devid Bekhemin ailəsində ciddi konflikt yaranıb.
Komanda.az “The Sun”-a istinadən xəbər verir ki, ailənin böyük oğlu Bruklin Bekhem valideynləri ilə birbaşa ünsiyyət qurmaqdan imtina edib və istənilən əlaqənin yalnız vəkillər vasitəsilə aparılmasını itəyib.
Bruklin həmçinin, valideynlərinin onu sosial şəbəkədə izləməməsini və paylaşımlarına reaksiya verməməsini istəyir, çünki ictimai jestləri qəbuledilməz hesab edir.
Sonuncu gərginliyin səbəbi isə Viktoriyanın (Bekhemin xanımı) Bruklinin toyuq resepti paylaşdığı postunu bəyənməsi olub. O, bunu öz şərtlərinin pozulması kimi qiymətləndirərək valideynlərini və qardaşlarını sosial şəbəkədə blok edib.
Bu vəziyyət məhkəmə məsələsi ilə bağlı deyil. Bruklin sadəcə ünsiyyətin sərhədlərini müəyyən edib.
