
Afrika Millətlər Kubokunda 1/4 final mərhələsinin oyunlarına start verilib.
Komanda.az xəbər verir ki, mərhələnin ilk matçında Mali və Seneqal yığmaları üz-üzə gəlib.
Rəqibini bir cavabsız qolla üstələyən Seneqal yığması qitə kubokunda ilk yarımfinalçı olub – 1:0.
Günün digər oyununda Kamerun və Mərakeş yığmaları qarşılaşıblar. Turnirin ev sahibi olan Mərakeş millisi inamlı qələbə sayəsində yarımfinala yüksəlib – 2:0.
