Daha bir futbolçu Azərbaycana qayıtmağa hazırlaşır

Müdafiəçi Sərtan Taşkın “Serik” klubundan ayrılmağa hazırlaşır.

Futbolpress.az-ın əldə etdiyi məlumata görə, Türkiyənin I Liqa təmsilçisi maliyyə problemləri yaşayır. Klub artıq 4 aydır, oyunçuların maaşını verə bilmir.

Bu mövsüm əsas heyətə düşə bilməyən və çempionatda cəmi 10 matça çıxan Sərtan ayrılıq qərarı verib. Azərbaycan Premyer Liqasından 28 yaşlı oyunçuya təkliflər var.

Sərtan böyük ehtimalla yaxın zamanda Azərbaycana qayıdacaq.

Taşkın Premyer Liqada “Sumqayıt”, “Zirə”, “Turan Tovuz” kimi klubların formasını geyinib. O, 2024-cü ilin avqustunda “Sumqayıt”dan “Manisa”ya keçmişdi. Müdafiəçi ötən ilin yayında isə “Serik”lə müqavilə bağlayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir