Şəhriyar və Teymurun şahmat qazancı

Məşhur “Chess.соm” portalı şahmat tarixində ən çox mükafat qazanan qrossmeysterlərin siyahısını tərtib edib.

Futbolpress.az xəbər verir ki, azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov yarışlardan 1 milyon 781 min 988 dollar (3,030,000 AZN) pul qazanıb. Şəhriyarın ötənilki qazancı isə 38 min 689 dollar (65.686,30 AZN) olub.

Digər azərbaycanlı Teymur Rəcəbov isə ümumilikdə 1 milyon 117 min 290 dollar (1.900.000 AZN), 2025-ci ildə isə 6,275 dollar (10.667,50 AZN) qazanıb.

Birinci sırada yer alan Maqnus Karlsenin qazancı 12 milyon 232 min 249 dollardır.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir