“Araz-Naxçıvan”ın yoxlama oyununun vaxtı dəyişdi

Hazırlığını gündə 2 məşqlə davam etdirən “Araz-Naxçıvan”ın fasilədə keçirəcəyi ilk yoxlama oyununu tarixi dəyişdirilib.

Futbolpress.az xəbər verir ki, klubun əvəzedici komandası ilə qarşılaşma əvvəlcədən nəzərdə tutulduğu kimi yanvarın 9-da deyil, bir gün sonra – ayın 10-da baş tutacaq və saat 15:30-da başlayacaq.

Komanda növbəti görüşünü isə yanvarın 14-də, saat 15:00-da “Qəbələ”yə qarşı keçirəcək. Hər iki matç Bakı Olimpiya Stadionunun ehtiyat meydanında baş tutacaq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir