
Mario Balotelli Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) 2-ci divizionunda çıxış edən “Əl-İttifaq”la müqavilə imzalaya bilər.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, İtaliya millisinin sabiq hücumçusu ikinci divizionda çıxış edən “Əl-İttifaq”dan təklif alıb.
35 yaşlı futbolçu sonuncu dəfə 21 dekabr 2024-cü ildə, “Cenoa”da əvəzedici kimi A Seriyasında “Napoli” ilə oyunda meydana çıxıb.
Balotelli “Milan”, “Liverpul”, “Mançester Siti” və “İnter”dəki çıxışı ilə tanınır.
