“Kəpəz” 2 yoxlama oyunu keçirəcək

“Kəpəz”in qış hazırlıq planı bəlli olub.

Futbolpress.az xəbər verir ki, kollektiv yanvarın 3-də Gəncə şəhərində təlim-məşq toplanışına başlayacaq. Hazırlıq prosesi qış fasiləsi başa çatana kimi davam edəcək.

Bu müddət ərzində “sarı-göylər” 2 yoxlama oyununa çıxacaq. Yanvarın 10-da Qəbələ şəhərində “Qəbələ” komandası ilə üz-üzə gələcəyik. Ayın 17-də isə Yevlaxda “Karvan-Yevlax”la qarşılaşacağıq.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir