Musa, Zubir, Buntiç…

“Qarabağ”ın hücumçusu Musa Qurbanlının dəyəri azalıb.

Futbolpress.az-ın məlumatına görə, 23 yaşlı hücumçunun “transfermarkt” portalında qiyməti 750 min avrodan 700 minə düşüb. Musa bu mövsüm 16 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Qarabağ”ın heyətində digər dəyər itirən kapitan Abdullah Zubirdir. Sol cinah vingerinin qiyməti 450 min avrodan 400 minə düşüb. Zubir bu mövsüm 28 oyunda 6 qol vurub, 8 məhsuldar ötürmə edib.

Qolkiper Fabian Buntiç də dəyər itirənlərdəndir. O, komandada daha çox dəyəri düşəndir. Buntiçin qiyməti 700 min avrodan 500 minə düşüb. Qolkiper bu mövsüm Premyer Liqada 2 matça çıxıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir