Braziliyanın “Botafoqo” klubu “Qarabağ”ın futbolçusu Pedro Bikalyonun transferindən imtina edib.
Futbolpress.az xəbər verir ki, bu barədə “espn.com.br” saytı məlumat yayıb. Klub təkliflərinin “Qarabağ” tərəfindən rədd edilməsindən sonra oyunçudan vaz keçib.
“Botafoqo” eyni zamanda, sabiq “Qarabağ”lı Julio Romao və venesuelalı Qleyker Mendozanın transferindən də imtina edib.
