Ronaldo dubl etdi, komandası qələbə seriyasını qorudu

Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Oxdud”u qəbul edib.

Komanda.az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin böyükhesablı hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın əsas qəhrəmanı komandanın 40 yaşlı ulduz hücumçusu Kristiano Ronaldo olub. Portuqaliyalı ulduz 31-ci və 45+3-cü dəqiqələrdə fərqlənərək dubl edib.

Xatırladaq ki, hesabında 12 qol olan Ronaldo bombardirlər yarışında komanda yoldaşı Felikslə birlikdə liderliyi bölüşür.

Keçirdiyi 10 oyunun hamısında qalib gələn “Əl-Nəsr” 30 xalla turnir cədvəlinə başçılıq edir. “Əl-Oxdud” isə 5 xalla 17-ci pillədə qərarlaşıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir