Bölgə klublarının cəzaları

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Futbolpress.az xəbər verir ki, toplantıda I və II Liqa oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

I Liqa XII tur

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Mingəçevir” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Mingəçevir” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna görə “Mingəçevir” komandası 750 manat cərimə edilsin (maddə 86.3);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Mingəçevir” – “Şahdağ Qusar” oyununda “Şahdağ Qusar” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şahdağ Qusar” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

24.12.2025-ci il tarixində I Liqada XII turun “Səbail” – “Şimal” oyunu Təcili Tibbi Yardım avtomobilinin olmaması səbəbindən gec başladığı üçün “Səbail” komandası 600 manat cərimə edilsin (maddə 57.2);

25.12.2025-ci il tarixində I Liqada XII turun MOİK – “Şəfa” oyununda “Şəfa” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şəfa” komandası 210 manat cərimə edilsin (maddə 43.1);

II Liqa XIV tur

22.12.2025-ci il tarixində II Liqada XIV turun “Sheki City” – “Xankəndi” oyununda “Sheki City” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

22.12.2025-ci il tarixində II Liqada XIV turun “Sheki City” – “Xankəndi” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilsin (maddə 59.1);

22.12.2025-ci il tarixində II Liqada XIV turun “Quba” – “Ağdaş” oyununun 88-ci dəqiqəsində “Ağdaş” komandasının 17 nömrəli futbolçusu Ramal Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Ağdaş” komandası 100 manat cərimə edilsin (maddə 46);

23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyununda “Şirvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilsin (maddə 43.1);

23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyununun 74-cü dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 50 manat cərimə edilsin (maddə 17.5, 17.7);

23.12.2025-ci il tarixində II Liqada XIV turun “Şirvan” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının 77 nömrəli futbolçusu Müseyib Vəlizadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Kür-Araz” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);

23.12.2025-ci il tarixində II Liqada XIV turun “Göygöl” – “Dinamo” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” komandası 200 manat cərimə edilsin (maddə 57.2).

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir