
Saudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun hücumçusu İvan Toni qış transfer dönəmində İngiltərə Premyer Liqasına qayıda bilməyəcək.
Komanda.az xəbər verir ki, bu barədə “talkSPORT” məlumat yayıb.
Problemin əsas səbəbi vergilərdir. 29 yaşlı forvard keçən il xüsusi dörd illik müqavilə imzalayıb və həftəlik 456 min avro maaş alırdı. Bu məbləğ Saudiyyə Ərəbistanında vergi tutulmadan ödənilirdi. Toni 2026-cı ilin aprelindən əvvəl İngiltərəyə qayıdarsa, 16 milyon avro vergi ödəməli olacaq – yəni, Saudiyyədə Ərəbistanında qazandığı məbləğin yarısı.
Əvvəllər “Tottenhem”, “Everton” və “Mançester Yunayted” klublarının Toni ilə maraqlandığı bildirilmişdi. O, cari mövsümdə 18 oyunda iştirak edib, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.
