Kurtua: “Alonsonun arxasındayıq!”

“Real”ın qapıçısı Tibo Kurtua UEFA Çempionlar Liqasının 6-cı turunda “Mançester Siti”yə 1:2 hesabı ilə uduzduqları matçdan sonra açıqlama verib.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, belçikalı qolkiper, komandanın baş məşqçisi Xabi Alonsonun mümkün istefası ilə bağlı yayılan söz-söhbətlərin fonunda paltardəyişmə otağının mövqeyini aydın şəkildə ifadə edib:

“Dünən meydanda göstərdik ki, hamımız Alonsonun yanındayıq. Biz bu oyunu onun imtahanı kimi görmürdük. Alonsonun arxasındayıq!”

O, həmçinin, komandasının buraxdığı ilk qolda məhz özünün səhvə yol verdiyini etiraf edib.

“Real” növbəti oyununu dekabrın 14-də, La Liqada səfərdə “Alaves”ə qarşı keçirəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir