Zedadka: “Ümid edirəm ki, uzun müddət zirvədə qala bilərik”

“Sabah” Premyer Liqanın XIV turunda “Neftçi”ni məğlub edib – 2:0.

Futbolpress.az xəbər verir ki, “bayquşlar”ın birinci qolunun müəllifi Akim Zedadka matçdan sonra fikirlərini bölüşüb:

Çox xoşbəxtəmÇox güclü komandaya qarşı oynadıq, qələbə qazandıq. Qol vurduğum və qələbə qazandığımız üçün xoşbəxtəm. Komanda ilə qürur duyuram.

Öz oyunumuz, kimliyimiz var. Hər oyun inkişaf edirik. Bizim üçün limit yoxdur, qalib gəlmək, şanslar yaratmaq, qol vurmaq və möhkəm müdafiə olunmaq üçün oynayırıq. Gələcəkdə nə olacağını görəcəyik.

Komandada qardaş kimiyik. Meydanda, meydandan kənarda daim birlikdə oluruq. Hər oyun ailələrimiz üçün döyüşürük. Meydanda həmrəyliyimiz görünür. Yaxşı futbolçularıq, yaxşı komandayıq. Ümid edirəm ki, uzun müddət zirvədə qala bilərik”.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir