“Qarabağ” UEFA Çempionlar Liqası Liqa mərhələsinin 6-cı turu çərçivəsində Bakıda “Ayaks”ı qəbul edəcək.
Futbolpress.az xəbər verir ki, qarşılaşma üçün artıq 27650 bilet satılıb. Bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
“Qarabağ” – “Ayaks” oyunu dekabrın 10-da saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
