İngiltərə millisinin üzvü həbs edilib

Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubunun və İngiltərə millisinin hücumçusu İvan Toni Londonda bir bar hadisəsində “kəllə vurmaqda” şübhəli bilinərək həbs olunub.

Komanda.az xəbər verir ki, bu barədə “The Sun” məlumat yayıb.

İnsident Toni ilə foto çəkdirmək istəyən şəxsin onu boynundan tutmasından sonra baş verib. Zərbə alan şəxs həkimə müraciət edib və onun burun sümüklərinin sınması təsdiqlənib.

29 yaşlı futbolçu 2024-cü ilin yayından “Əl-Əhli”də çıxış edir. O, cari mövsümdə klub səviyyəsində 18 oyunda iştirak edib, 12 qol vurub və 2 məhsuldar ötürmə verib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir