ÇL: “Liverpul”da Salahı əvəz edə biləcək oyunçular var”

“İnter”in baş məşqçisi Kristian Kivu Çempionlar Liqasının 6-cı turunda “Liverpul”la oyundan əvvəl İngiltərə klubunda baş verən qalmaqal barədə danışıb.

Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, eyni zamanda, “Qarabağ”ın UEFA Çempionlar Liqasında rəqibi haqda bunu deyib:

“Məhəmməd Salah dünya səviyyəli oyunçudur, amma bunlar bizi narahat edən məsələlər deyil. Bu, mənim narahatlığım deyil. Bilirəm ki, “Liverpul”da onu əvəz edə biləcək oyunçular var və komanda həmişə qoruyub saxladığı yüksək səviyyəni qoruyub saxlayacaq. Söhbət fərdi oyunçulardan yox, komandalardan gedir. Buna görə də, fərdi oyunçulardan yox, komandanın nə etdiyindən narahat olmalıyıq. Onların keyfiyyəti çoxdur”.

Misirli futbolçu daha əvvəl baş məşqçi Arne Slotu tənqid edib və komandadakı rolundan narazılığını bildirib. O, ardıcıl üç oyunda start heyətində meydana çıxmayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir