Azarkeşlər Berdıyevi özündən çıxardı: “Komandaya heç bir faydanız yoxdur”

Mahaçqalanın “Dinamo” klubunun sabiq baş məşqçisi, hazırda “Turan-Tovuz”a rəhbərlik edən Kurban Berdıyev, keçmiş komandasının baş məşqçisi Həsənbi Bidjievə qarşı keçirilən azarkeş aksiyasını sərt tənqid edib.

Komanda.az “Dinamo”nun rəsmi teleqram kanalına istinadən xəbər verir ki, türkmənistanlı çalışdırıcı aksiyaya belə reaksiya verib:

“Bidjiev, get” yazısı olan fotonu gördükdə anladım ki, bunlar “Dinamo” azarkeşləri deyil. Bu mənim şəxsi fikrimdir. Onlara demək istəyirəm: Komandaya heç bir faydanız yoxdur. Futbola gəlmək istəyirsizsə, ən azından qonaq sektoruna keçin. Əsl azarkeş olmaq istəyirsizsə, münasibətinizi kökündən dəyişin.

Bidjiev klub üçün sadiq və çalışqan olub. Dünyada hər məşqçi hər zaman qalib gələ bilmir. Əsas məsələ budur ki, hətta məşqçi gedirsə, klub və azarkeşlər onun əməyinə hörmət etsin. Fotoda gördüklərim məni narahat etdi, təsəvvür edirəm Həsənbi Eduardoviçə necə ağır olub. Bu, yalnız onun deyil, həm də oyunçuların və klub rəhbərliyinin üzərinə düşən məsuliyyətdir. Dəstək göstərmək lazımdır, əksinə, çevrilmək yox”.

“Dinamo” azarkeşləri Rusiya Premyer Liqasının 18-ci turunda “Pari NN” (0:1) ilə oyunda Bidjievə qarşı aksiya keçiriblər. Fanatlar bir anlıq meydançaya arxalarını çevirərək, “Bidjiev, get” yazısını formalaşdırıblar.

Bu nəticə ilə “Dinamo” ardıcıl dördüncü məğlubiyyətini alaraq, mövsümün ilk hissəsini 15 xalla turnir cədvəlinin 13-cü pilləsində tamamlayıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir