Tuxel DÇ-2026-nın püşkatma mərasimini tənqid etdi

İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel DÇ–2026-nın qrup mərhələsinin püşkatma mərasimini tənqid edib.

Dünən ABŞ-da Kennedi Mərkəzində keçirilən tədbirdə ABŞ prezidenti Donald Tramp da iştirak edib.

Komanda.az BBC-yə istinadən xəbər verir ki, almaniyalı mütəxəssis mərasimin həddindən artıq nümayişkaranə olduğunu bildirib:

“Bütün bunlar mənim o qədər də xoşuma gəlmir. Bu qədər şouya ehtiyac yox idi. Mənim üçün vacib deyil, amma əlbəttə, böyük səhnə və böyük əyləncə idi”.

Püşkatmanın nəticələrinə əsasən, İngiltərə millisi Xorvatiya, Panama və Qana ilə eyni qrupa düşüb.

Dünya çempionatı tarixdə ilk dəfə üç ölkədə – ABŞ, Kanada və Meksikada keçiriləcək, turnirdə 48 komanda iştirak edəcək.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir