
ABŞ prezidenti Donald Tramp 2026-cı il dünya çempionatının final mərhələsinin püşkatma mərasimində FİFA-nın “sülh mükafatı”nı alacaq.
Tədbir ABŞ-ın paytaxtı Vaşinqtonda keçiriləcək. Tramp mərasimə dəvət alıb və iştirak edəcəyini təsdiqləyib.
Komanda.az “Politico”-ya istinadən xəbər verir ki, püşkatma başlamazdan əvvəl səhnədə məşhur opera ifaçısı Andrea Boçelli çıxış edəcək. Trampın xüsusi rəğbət bəslədiyi italiyalı tenorun çıxışından sonra FİFA prezidenti Canni İnfantino ABŞ liderini təqdim edib, onun mükafata layiq görüldüyünü elan edəcək.
Donald Tramp səhnəyə qalxaraq mükafatı qəbul edəcək və nitq söyləyəcək.
DÇ-2026 ABŞ, Kanada və Meksikada təşkil olunacaq.
