“Bakı” və daha 3 kluba texniki məğlubiyyət verildi

AFFA 4 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Futbolpress.az xəbər verir ki, bu barədə İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

U-14 Qızlar Liqasında “Pirallahı” və “Ümid” komandalarına heyətdə yetərsay olmadığı üçün texniki məğlubiyyət verilib.

AFFA Region Liqasında “Ərgünəş” komandasına “Real”la matçda təcili tibbi yardım maşını və ya həkim briqadası təmin etmədiyinə, “Bakı”ya isə “Mərcanlı” ilə oyunda heyətində lisenziyası olmayan futbolçu oynatdığına görə texniki məğlubiyyət verilib.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir