“Sabah”ın sabiq baş məşqçisi Vasili Berezutski Rusiyada işləyə bilər.
Futbolpress.az xəbər verir ki, mütəxəssis “Ural” klubunda baş məşqçi postuna namizədlər arasındadır. Bu barədə “Legalbet” portalı məlumat yayıb.
Ötən mövsüm “Sabah”a rəhbərlik edən və komandaya tarixində ilk ölkə kubokunu qazandıran Vasili ailəvi səbəblərə görə klubdan ayrılmışdı.
“Ural” Rusiya I Liqasında mübarizə aparır. Komanda 21 turdan sonra 41 xalla ikinci sıradadır və lider “Fakel”dən 7 xal geri qalır.
