“Qarabağ” Azərbaycan Kubokunda 1/4 finala yüksəlib. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Karvan-Yevlax” üzərində inamlı qələbəyə sevinib – 3:0.
Yevlax təmsilçisi oyunda ilk təhlükəli epizod yaradan tərəf oldu. Sürətli-əks hücum yaxalayan qonaqlar fərqlənməyə yaxın idi. Qoldan sonra da ara-sıra “Qarabağ” qapısında təhlükə yaradan yevlaxlıların gücü bundan artığına çatmadı.
“Qarabağ” ikinci hissənin sonlarında oyunun taleyini həll etdi. 10 dəqiqə ərzində üç qol vuran “atlılar” 1/4 final biletini aldı. Bir neçə gün əvvəl Premyer Liqada üz-üzə gələn bu komandaların duelində də eyni ssenari yaşanmışdı. “Qarabağ” son dəqiqələrdə vurulan qollarla aktivinə üç xal yazdırmışdı – 2:0.
“Karvan-Yevlax”la Füzuli Məmmədovun gəlişindən sonra komandada az da olsa, irəliləmə hiss edilir. Müdafiə planında daha kompakt olan bölgə təmsilçisi sürətli əks-hücumlar da qura bilir. Problem sonluqdadır və bu da həll edilsə, komanda Premyer Liqada bütün komandalara başağrısı ola bilər.
Şahin Cəfərov
