Modriç: “Zidandan xüsusi bir aura gəlirdi”

“Milan”ın yarımmüdafiəçisi Luka Modriç “Real”da bir vaxtlar rəhbərliyi altında çıxış etdiyi Zinəddin Zidan haqqında fikirlərini bölüşüb.

Komanda.az “Footmercato”-ya istinadən xəbər verir ki, xorvatiyalı futbolçu, Zidanın həm oyun biliyinin, həm də liderlik keyfiyyətlərinin heyranedici olduğunu deyib:

“Ardıcıl üç dəfə UEFA Çempionlar Liqasının qalibi olmaq… O, paltardəyişmə otağına daxil olduqda bütün diqqətimiz yalnız Zidanın üzərində olurdu. Zizu baş məşqçi kimi tamamilə unikaldır. Ondan xüsusi bir aura gəlirdi. O, bu oyunu incəliyinə qədər bilir. Birlikdə inanılmaz zaman keçirdik”.

Zidan “Real”ı ardıcıl üç il Çempionlar Liqasının qalibi edib. Fransalı mütəxəssis 2021-ci ildə Madrid klubundan ayrılıb.

source

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir