Bu gün Azərbaycan Kubokunda 1/8 final mərhələsinin növbəti oyunları keçiriləcək.
Futbolpress.az xəbər verir ki, ikinci oyun günündə üç qarşılaşma baş tutacaq.
Premyer Liqa təmsilçisi “Şamaxı” I Liqada çıxış edən “Baku Sporting”lə üz-üzə gələcək. “Sabah” Qubada “İmişli”nin qonağı olacaq.
Günün son matçında “Qarabağ” “Karvan-Yevlax”ın müqavimətini qırmağa çalışacaq.
Azərbaycan Kuboku
1/8 final mərhələsi
3 dekabr
14:00 Şamaxı – Baku Sporting
Şamaxı şəhər stadionu
14:00 İmişli – Sabah
Quba OİK stadionu
19:00 Qarabağ – Karvan-Yevlax
Azersun Arena
