Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun formasını geyindiyi “Motor” Polşa çempionatında növbəti oyuna çıxıb.
Futbolpress.az xəbər verir ki, Lublin təmsilçisi azarkeşləri önündə “Legiya” ilə qarşılaşıb. Matç qollu bərabərliklə başa çatıb – 1:1.
Dadaşov bu matçda iştirak etməyib.
“Motor” 17 turdan sonra 20 xalla 13-cü sıradadır. “Legiya” isə 19 xalla 14-cüdür.
